Agentliyin icraçı direktoru İSTEFA VERİB?backend

Agentliyin icraçı direktoru İSTEFA VERİB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə ay öncə – mayın 27-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru təyin edilmiş Fuad Dərgahlı vəzifəsindən istefa verib.

NOCOMMENT xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, artıq xeyli vaxtdır icraçı direktoru onun müavini əvəz edir.

Buna baxmayaraq, Fuad Dərgahlının istefası hələ ki rəsmən təsdiqlənməyib. Əldə etdiyimiz məlumatda o da qeyd edilir ki, Fuad Dərgahlı şəxsi istəyi ilə istefa ərizəsi yazıb.

Fuad Dərgahlıdan istefasının səbəblərini öyrənmək cəhdimiz nəticəsiz qalıb.

Agentliyin icraçı direktoru vəzifəsinə yeni təyinatın nə zaman olacağı da hələ ki bəlli deyil.