Agentliyin Müşahidə Şurasının üzvü QHT rəhbərləri və fəalları ilə görüşlər keçiribbackend

Agentliyin Müşahidə Şurasının üzvü QHT rəhbərləri və fəalları ilə görüşlər keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri QHT-lərlə fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşlərini davam etdirirlər.

NOCOMMENT xəbər verir ki, iyulun 7-də agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev əlaqələndirici olduğu sosial və iqtisadi istiqamətlər üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə “Zoom” üzərindən növbəti görüşlər keçirib.

Görüşlərdə çıxış edən agentliyin icraçı direktoru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, strategiyası, gələcək planları və QHT-lərlə əməkdaşlıq perspektivləri haqqında iştirakçılara fikirlərini çatdırmış, sonra N.Mehdiyev qeyd edilən sahələrdə işləyən təşkilatların mövcud vəziyyətləri, ortaya çıxan problem, agentliklə əməkdaşlıq haqqında fikirləri, gələcəkdə elan olunacaq qrant müsabiqələrinin mövzu istiqamətlərinin sistemləşdirilməsi üçün iştirakçıları müzakirələrə dəvət edib.

Çıxış edənlər layhələrin maliyyələşdirilməsində təcrübəli təşkilatların layihələrinə ayrılan qrantların vəsaitinin artırılması və layihə davamlılığının təmin olunması, QHT-lərlə mütamadi görüşlərin keçirilməsi, təşkilatlar üçün iş mərkəzinin yaradılması, layihənin müsabiqəyə təqdim edilməsi və hesabatlığın sadələşdirilməsi, müsabiqə mövzuları arasında Qarabağ mövzsunun prioritet yer tutması, regionlarda icma fəaliyyətinin genişlənməsi, dövlət-özəl sektor-QHT əməkdaşlıq platformasının genişləndirilməsi, QHT-lərə maddi-texniki yardımların edilməsi, regionlarda keçirilən tədbirlər üçün icazəalma mexanizminin sadələşdirilməsi, qrantların qeydiyyatı prosedurunun sadələşdirilməsi, QHT-lərin sosial sahibkarlıq fəaliyyətinin təşviq olunması, QHT-lərə yardım edən biznes sektoruna vergi güzəştlərinin tətbiqi, QHT sahəsində, o cümlədən gənclərlə iş sahəsində sahəsində tədqiqat layihələrinə diqqətin artırılması, Agentliyin beynəlxalq təşkilatlarla əməkdaşlıqda körpü rolu oynaması təkliflərini irəli sürüblər.

Müzakirələrdə qazilərə qayğının artırılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası mövzularında layihələrin maliyyələşməsi, QHT-lərin öz xidmətlərini özəl sektora təklif etməsi üçün agentliyin imkanlarından istifadənin aktuallığı haqqında fikirlər səsləndirilib.

Yekun sözündə N.Mehdiyev bildirib ki, bu cür görüşlərin təşkili davam etdiriləcək, QHT-lərin mövcud aktual məsələlərlə bağlı ekspert rəyləri dinləniləcək.