Ağıllı şəhər layihəsi üzrə beynəlxalq saziş imzalandıbackend

Ağıllı şəhər layihəsi üzrə beynəlxalq saziş imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkitərəfli investisiya, innovasiya və texnoloji əməkdaşlığın möhkəmləndirilməsi işləri çərçivəsində Qazaxıstanın Bakıdakı səfirliyində Qazaxıstanın “Smart City Azerbaijan» rəqəmsal şirkəti, Azərbaycanın “Caspian Service” tikinti şirkəti və “Caspian Energy Club” regional biznes təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

NOCOMMENT Qazaxıstanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, sənəddə Qazaxıstan və Azərbaycan ərazisində reallaşdırılan “ağıllı şəhər” (“smart city”) və “ağıllı kənd” (“smart village”) konsepsiyası çərçivəsində layihələrin həyata keçirilməsi zamanı tərəflərin birgə qarşılıqlı əməkdaşlığı və birgə iştirakı nəzərdə tutulub.

Sazişi “Smart City Azerbaijan” baş direktoru Kuanış Kalijanov, “Caspian Service” direktorlar şurasının sədri Rəhim Sultanov və “Caspian Energy Club” idarə heyətinin sədri Telman Əliyev imzalayıblar.

report