Ağır qəzada ölənlərin kimliyi bilindi – Yenilənibbackend

Ağır qəzada ölənlərin kimliyi bilindi – Yenilənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Yasamal rayonu ərazisində baş vermiş qəzada ölənlərin kimliyi müəyyənləşib.

NOCOMMENT.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, saat 22:30 radələrində Asim Asiman oğlu Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil dairəvi yolda idarəetməni itirib.

Avtomobil beton yol ayırıcının üstündəki işıq dirəyinə dəyib əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus TIR-a çırpılıb.

Nəticədə “Chevrolet”in sürücüsü Asim Asiman oğlu Əliyev və həmin avtomobildə olan sərnişin Ruslan Maşallah oğlu Mikayılov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb.

Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, sonra isə yük maşınına çırpılıb.

Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb.

Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Ətraflı

Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.