Ağır yol qəzası baş verdi – Ölənlər və xəsarət alanlar varbackend

Ağır yol qəzası baş verdi – Ölənlər və xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gəndob-Yalama yolunda baş verən qəzada ölən şəxslərin kimliyi müəyyənləşib.

NOCOMMENT APA-ya istinadən xəbər verir ki, hadisə zamanı “Mercedes” markalı maşının sürücüsü Köhnə Xudat kənd sakini 1981-cı il təvəllüdlü İslam Seyidov, Xudat şəhər sakinləri 1986-cı il təvəllüdlü Elmar Vəliyev və 1982-ci il təvəllüdlü Nizami Vahidov dünyasını dəyişib.

***

Xudat şəhərində yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var.

Globalinfo.az report-a istinadən xəbər verir ki, Gəndab-Yalama yolunun Xudatdan keçən hissəsində “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1986-cı il təvəllüdlü Babayev Araz Rzaqulu oğlu, 1972-ci il təvəllüdlü Əliyev Cabir Əlirza oglu, 1987-ci il təvəlludlü Səlimov Maqsud Vidadi oğlu və 1989-cu il təvəllüdlu İdrisov Rəfail Ramiz oğlu muxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər də ölüb, onların kimliyi dəqiqləşdirilir.