Ağır zədələnən Neymar 9 ay futbol oynaya bilməyəcəkbackend

Ağır zədələnən Neymar 9 ay futbol oynaya bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya futbol yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının hücumçusu Neymar uzun müddət futbol oynaya bilməyəcək.

NOCOMMENT.az apa-a istinadən xəbər verir ki, DÇ-2026-ya vəsiqə qazanmaq uğrunda seçmə mərhələdə Uruqvay millisi ilə qarşılaşmada ağır zədələnən hücumçu əməliyyat olunacaq.

Neymarın ayağında ön çarpaz bağı və meniskdə yırtıq əmələ gəlib.

Onun 6-9 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.