Ağstafada canavarlar fermaya girərək 27 qoyunu parçalayıbbackend

Ağstafada canavarlar fermaya girərək 27 qoyunu parçalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə E.Məmmədova məxsus fermada baş verib.

Vəhşi heyvanlar fermaya girərək 27 xırdabuynuzlu heyvanı parçalayıb, 10-nu yaralayıb.

Hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib.