Ağstafada güclü partlayış – ÖLƏNLƏR VARbackend

Ağstafada güclü partlayış – ÖLƏNLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində iki nəfərin ölümü ilə nəticələn partlayışın baş verməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib ki, rayon polis şöbəsinin və prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayonunun Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olmaları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.