Ağstafada mikroavtobus qəzaya düşdü – Xəsarət alanlar var – VİDEObackend

Ağstafada mikroavtobus qəzaya düşdü – Xəsarət alanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada mikroavtobusla minik avtomobili toqquşub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “VAZ-2106” markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Qeyd edək ki, “Mercedes Vito”nun sürücüsü Ağstafa-Bakı marşrutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olurmuş.