Ağstafada narkotik satan qardaşlar saxlanıldı – FOTObackend

Ağstafada narkotik satan qardaşlar saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada narkotik satan qardaşlar tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan NOCOMMENT.az -a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayonun Xətai kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Yaqubov saxlanılaraq RPŞ-yə gətirilib.

Onun üzərində şəxsi axtarış keçirilən zaman müxtəlif bükümlərdə ümumi çəkisi 9,554 qram narkotik maddə olan metamfetamin və 7 469 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Yaqubovun qardaşı, əvvəllər məhkum olunmuş Rəşad Yaqubov da saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. Onun üzərindən isə 234,442 qram narkotik vasitə olan heroin və ümumi çəkisi 54,811 qram metamfetamin və metadol aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslərlə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.