Ağstafada qatar bir nəfəri vuraraq öldürdübackend

Ağstafada qatar bir nəfəri vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Dəmiryolu Xətt Polis Şöbəsinin Ağstafa Xətt Polis Bölməsinə bir nəfərin qatar vurması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan NOCOMMENT.az-a bildirilib ki, dərhal Gəncə Xətt Polis Şöbəsinin və Ağstafa Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində yük qatarının Ağstafa rayon sakini 2009-cu il təvəllüdlü Elşən Bayramovu vuraraq öldürməsi məlum olub. Hazırda Rayon prokurorluğunda hadisənin başvermə səbəbləri araşdırılır.