Ağstafada sakinlərin “ümid” körpüsü qəzalı vəziyyətdə – VİDEObackend

Ağstafada sakinlərin “ümid” körpüsü qəzalı vəziyyətdə – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakinlərin illərdir istifadə etdikləri körpü qəzalı vəziyyətə düşüb. Ağstafa rayonunun Göycəli kəndində Həsənsu çayının üzərindəki körpünün dayaqları artıq üzərindəki dəmir konstruksiyanı saxlamağa tab gətirmir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyirlər ki, güclü yağışlar zamanı yaranan sel, onsuz da istismar müddətini başa vurmuş körpünün dağılmasını bir az da tezləşdirir.

Sakinlər deyirlər ki, köpünün məhəccərləri də təhlükə saçır. Çayda yaranan maneələr də çay yatağından istifadə imkanlarını məhdudlaşdırıb.

Avtomobil Yolları Dövlət Agentliyin “Xəzər Xəbər”ə bildirildi ki, körpünün yenidən qrulması ilə bağlı artıq təkliflər planı hazırdır.

İndi sakinlərə maliyyə vəsaitinin ayrılacağı vaxtı və verilən vədə əməl olunacaq günü gözləmək qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bizi Facebookda izləyin