29.10.2025-ci il tarixində saat 21:00 radələrində Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (1-i kişi, 3-ü qadın olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən NOCOMMENT.az -a verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***09:05
Ağstafa minik maşını rabitə xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə hadisə rayonun Yuxarı Göycəli kəndi ərazisində baş verib.Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı rabitə xəttinə çırpılıb.
Qəza zamanı 4 nəfər xəsarət alaraq Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar 1982-ci il təvəllüdlü V.Salehov,2010-cu il təvəllüdlü G.Salehova,1985-ci il təvəllüdlü G.Rzayeva və 2009-cu il təvəllüdlü G.Mustafayevadır.
Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Qəzaya düşəər bir ailənin üzvləridir. Qəzaya düşən avtomobilin isə taksi olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.













