Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıbbackend

Ağstafada yas mərasiminin təşkilinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafa Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.