Ağsu aşırımındakı yanğın söndürüldübackend

Ağsu aşırımındakı yanğın söndürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağsu rayonunda Ağsu aşırımı adlanan ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə,
Ağsu aşırımında yanğın ötən gün başlamışdı. Belə ki, iyunun 16-da FHN-in “112” qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.