Rusiya hava məkanının bağlanması səbəbindən Avropa aviaşirkətləri Çin aviadaşıyıcıları ilə rəqabət apara bilmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr bildirir ki, Avropa şirkətləri Çinə uçuşların sayını azaldır, çünki onların təyyarələri Rusiya ətrafında uçmağa məcburdur.
Qapalı hava məkanı səbəbindən uçuş vaxtı, yanacaq xərcləri və ekipaj ödənişləri artır.
Eyni zamanda, Çin aviaşirkətlərində belə problemlər yoxdur, nəşr qeyd edir.