NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, Brüsseldə keçirilən sammitdə Aİ liderləri bütün səylərə baxmayaraq, Avropada enerji qiymətlərinin həddən artıq yüksək olaraq qaldığını etiraf ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi başlayandan Aİ-nin Rusiya Federasiyasından enerji resurslarından asılılığının azaldılmasında irəliləyiş əldə olunub. Lakin bir çox Aİ liderləri vurğulayırlar ki, bu gün enerji qiymətləri bəzən kiçik, orta və böyük biznesə təsir edən rəqiblərinkindən dörd dəfə yüksəkdir.
Bundan əvvəl Yunanıstanın MİTİLİNEOS enerji şirkətinin rəhbəri Evangelos Mitileneos bildirmişdi ki, İranın iştirakı ilə Qəzzada münaqişənin şiddətlənəcəyi təqdirdə qazın qiyməti MVt/saat üçün 500 avroya qalxa bilər.