Aİ Britaniya ilə münasibətlərin yaxşılaşdırılması üçün səkkiz tələbini açıqlayıbbackend

Aİ Britaniya ilə münasibətlərin yaxşılaşdırılması üçün səkkiz tələbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Britaniya ilə münasibətlərin yaxşılaşdırılması üçün səkkiz tələbini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Avropa Komissiyasının tələblərinə görə, Britaniya Şimali İrlandiya ilə bağlı Breksitdən sonrakı mövcud razılaşmaları və Böyük Britaniyada yaşayan Aİ vətəndaşlarının hüquqlarını tam şəkildə yerinə yetirməlidir.

Qəzetin yaydığı siyahıda qeyd edilib ki, tələblərdən biri də Böyük Britaniyada beş il yaşadıqdan sonra Aİ vətəndaşlarının məskunlaşma statusu üçün ayrıca müraciət etməməli olduqlarına dair Ali Məhkəmənin qərarının tam şəkildə həyata keçirilməsidir.

Aİ diplomatları, həmçinin Böyük Britaniyanın səlahiyyətli nümayəndələrinin heyvan və bitki məhsullarını dəqiq sertifikatlaşdırmamaları ilə bağlı narahatlıqların artdığını bildiriblər.

“Yeni sahələrdə əməkdaşlıq haqqında danışmazdan əvvəl bunları həll etmək lazımdır”,- deyə Aİ diplomatlarından biri “The Financial Times”a açıqlamasında söyləyib.

Qeyd edək ki, Baş nazir Kir Starmer Avropa İttifaqı ilə münasibətləri bərpa etmək niyyətini dəfələrlə bəyan edib.