Aİ Çindən Ukrayna məsələsində Rusiyaya təsir göstərməsini istəyəcəkbackend

Çindən Ukrayna məsələsində Rusiyaya təsir göstərməsini istəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqı Çindən Ukraynadakı münaqişəni dayandırmaq üçün Rusiyaya təsir göstərməsini xahiş etmək niyyətindədir. Bu barədə TASS Aİ-nin yüksək rütbəli nümayəndəsinə istinadən yazır.

“Bizim prioritetimiz Ukraynadır. Çinin münaqişəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə etməsinə ehtiyacımız var”, – deyə rəsmi dekabrın 7-də baş tutacaq Aİ-Çin sammitində Aİ-nin prioritetləri ilə bağlı sualı cavablandırıb.

Bundan əlavə, Avropa İttifaqı Çindən Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi “sülh formuluna” uyğun olaraq Ukrayna ilə qarşılıqlı əlaqə qurmağı, habelə müvafiq görüşlərdə iştirak etməyi xahiş edəcək.