Aİ-dən İranın müdafiə nazirinə SANKSİYAbackend

Aİ-dən İranın müdafiə nazirinə SANKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı İranın müdafiə nazirinə, digər şəxslərə və qurumlara sanksiya tətbiq edəcək.

NOCOMMENT.az xəbər verir ki, diplomatlar bildiriblər ki, Avropa İttifaqına üzv dövlətlər Ukrayna müharibəsində Tehranın Rusiyaya hərbi və dron dəstəyi verdiyinə görə, müdafiə naziri Məhəmməd Rza Aştiayni də daxil olmaqla, İranın 9 fərdi və qurumuna sanksiya tətbiq etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Avropa İttifaqı 2022-ci ilin oktyabrından bu vaxtadək İranın 227 fərd və 42 qurumuna sanksiya tətbiq edib.