Aİ-dən Lavrova REAKSİYAbackend

Aİ-dən Lavrova REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Moskvanı qınamaqda yekdil olaraq qalırlar. 

NOCOMMENT.az xəbər verir ki, Aİ-nin xarici siyasət xidməti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Avropa diplomatiyasının rəhbəri Xosep Borrelin ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını tərk etməsi ilə bağlı qorxaqlığı barədə sözlərinə belə münasibət bildirib.

Avropa departamenti qeyd edib ki, Borrell hələ görüşdən əvvəl Rusiyanın ATƏT-in və ümumilikdə beynəlxalq hüququn prinsiplərini pozduğunu, buna görə “beynəlxalq sanksiyalar və təcridlə üzləşdiyini” bəyan edib.

“Görüş Lavrovun birbaşa iştirakçıların fikirlərini eşitməsi üçün yaxşı fürsət olmalıdır ki, daha sonra Avropa İttifaqı və ATƏT-in Rusiyanın aqressiv qeyri-qanuni davranışını pisləməkdə vahid qaldığını Kremlə çatdırsın”, – Aİ-nin xarici siyasət xidməti bildirib.