Aİ-dən Rusiyaya 10-cu sanksiyalar paketibackend

Aİ-dən Rusiyaya 10-cu sanksiyalar paketi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 10-cu sanksiyalar paketinin təfərrüatlarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Avropa Şurasından verilən açıqlamada sanksiyalar paketinə yeni idxal-ixrac məhdudiyyətlərinin və bəzi KİV-lərə qadağaların daxil edildiyi bildirilib.

“Bugünkü qərar elektronika, xüsusi avtomobillər, maşın hissələri, yük maşınları və reaktiv mühərriklər üçün ehtiyat hissələri, antenalar kimi Rusiya ordusuna göndərilə bilən tikinti məhsulları kimi mühüm texnologiya və sənaye məhsullarına əlavə ixrac qadağaları qoyur” deyə bəyanatda qeyd olunub.

Bəyanatda RT Ərəb və Sputnik Ərəb telekanallarının da yayımının qadağan edildiyi bildirilib.

NOCOMMENT.AZ