Aİ Gürcüstana qarşı sanksiyaları müzakirə edəcəkbackend

Aİ Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının xarici işlər nazirləri Gürcüstana qarşı sanksiyaları, o cümlədən müəyyən kateqoriyadan olan şəxslər üçün viza rejiminin mümkün tətbiqini müzakirə edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi bildirib.

“Repressiyalara və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı mümkün sanksiyalar müzakirə olunacaq”, – mənbə bildirib.

Onun sözlərinə görə, gürcü diplomatları və rəsmiləri üçün viza rejiminin bərpası ehtimalı var.

Qeyd edək ki, Dövlət Departamentinin məlumatına görə, dekabrın 13-də Birləşmiş Ştatlar Gürcüstanda iddia edilən “demokratiyaya zərbə vurmaqda” günahkar olan şəxslərə qarşı viza məhdudiyyəti tətbiq etdiyini bəyan edib.