Aİ Gürcüstandakı seçkiləri yaxından izləyəcəkbackend

Aİ Gürcüstandakı seçkiləri yaxından izləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinin gedişini diqqətlə izləyəcək, Aİ nümayəndəsi bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Aİ bu seçkilərin rəqabətli olmasını, həmçinin beynəlxalq standartlara uyğun olmasını və gürcü xalqının iradəsini əks etdirməsini gözləyir”, o, RİA Novosti-yə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Brüssel “baş nazirin və “Gürcü arzusu”nun digər rəsmilərinin bütün müxalifət partiyalarına qadağa qoyulması ilə bağlı bəyanatlarından narahatdır”.

Gürcüstan prezidenti Salome Zurabişvili bundan əvvəl parlament seçkilərinin oktyabrın 26-na təyin edilməsi haqqında fərman imzalayıb.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna və Moldovada partiyaların fəaliyyətinə qadağa qoyulmasını xatırladıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidze etiraf edib ki, müxalifətin qarşıdan gələn seçkilərdə qələbəsi Rusiyaya qarşı “ikinci cəbhənin” açılmasına səbəb ola bilər.