Aİ ölkələrinin Avropa məsələləri üzrə nazirləri oktyabrın 15-də keçiriləcək görüşdə Gürcüstandakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Oktyabrın əvvəlində Avropa İttifaqının Gürcüstanın siyasi rəhbərliyinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirmək barədə qərar qəbul etdiyi bildirilir .
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski bəyan edib ki, hazırkı hakim partiya “Gürcü Arzusu – Demokratik Gürcüstan” dövründə ölkə heç vaxt siyasi birləşməyə girməyəcək.