Aİ Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurubbackend

Aİ Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə keçirilən beynəlxalq konfransda bildirib ki, Avropa İttifaqı xarici agentlər haqqında qanuna görə Gürcüstanın Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Aİ liderləri Avropa Sülh Fondu çərçivəsində Gürcüstanın Müdafiə Qüvvələrini dəstəkləmək üçün ayrılan vəsaiti dondurmaq qərarına gəliblər. Bu məqamda Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro vəsait dondurulub”, – deyə o vurğulayıb.

Bundan əlavə, Qerçinski Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinin dayandırıldığını bəyan edib.