Aİ Gürcüstanla vizasız rejimi dayandıra bilərbackend

Aİ Gürcüstanla vizasız rejimi dayandıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Gürcüstanın Avropa ilə yaxınlaşma yoluna qayıtmayacağı təqdirdə, onunla vizasız rejimi dayandırmağı da nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib.

“Avropa İttifaqı, prezidentlərin və baş nazirlərin ən yüksək səviyyəsində Gürcüstanda baş verən hadisələrin trayektoriyasından narahatlığını ifadə etdi. Gürcüstanı Avropa İttifaqına yaxınlaşdıracaq islahatlar əvəzinə, təəssüf ki, son aylarda bir neçə hadisə baş verdi ki, onlar Gürcüstanla Aİ arasında məsafəni artırıb. Biz bunu ittifaq daxilində müzakirə etdik, üzvlərimiz bunu müzakirə etdi və biz bir neçə ay əvvəl açıqladıq ki, bütün variantlar masadadır, o cümlədən Gürcüstanla vizasız rejimin müvəqqəti dayandırılması”, – deyə o vurğulayıb.