Aİ HAMAS hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edibbackend

HƏMAS hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurası HƏMAS-ın hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu addım hərəkatın oktyabrın 7-də İsrailə hücumuna cavab olaraq atılıb.

Bildirilib ki, Aİ Şurası iki şəxsin Aİ-nin terrorçular siyahısına daxil edilməsinə qərar verib.

Bu şəxslər HƏMAS-ın hərbi qanadının 2002-ci ildən (“Ezzedin al-Qassam Briqadaları”) generalı olan Məhəmməd Deif və HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsadır.

Sanksiyaya uyğun olaraq, bu şəxslərin Aİ-yə üzv dövlətlərindəki vəsaitləri və digər maliyyə aktivləri dondurulacaq.