NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqının üzvü olan ölkələr HƏMAS-ın İsrailə hücumunu pisləməli, eyni zamanda Qəzza zolağında humanitar fəlakətin qarşısını almalıdırlar. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Aİ-dan məhz bu mövqe tələb olunur.
“Biz eyni zamanda HƏMAS-ın terror hücumunu pisləməli və Qəzzada humanitar fəlakətdən qaçmalıyıq. Buna nail olmaq üçün Qəzza xalqına humanitar yardım göstərməyimiz zəruridir”, – deyə Borrell izah edib.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və “Əl-Əqsa Daşqını” əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.