Aİ Hindistanla ən böyük razılaşmanı imzalayacaqbackend

Aİ Hindistanla ən böyük razılaşmanı imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı və Hindistan 2025-ci ilə qədər azad ticarət sazişi bağlamaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg AK sədrinə sitat gətirib.

Von der Leyenin fikrincə, saziş dünyada bu tipli ən böyük sövdələşmə olacaq.

Bununla bağlı nəşr xatırladıb ki, həm Nyu-Dehli, həm də Brüssel 2007-ci ildən müvafiq danışıqlar aparır. Lakin 2013-cü ildə tərəflərin Avropa avtomobillərinə, şərablara, süd məhsullarına və digərlərinə tariflərin aşağı salınması kimi məsələlərdə irəliləyiş əldə edə bilmədiyi üçün proses dalana dirəndi. Müzakirələr 2022-ci ildə yenidən başladı.

Həmçinin qeyd edilir ki, Hindistan Ticarət Nazirliyinin məlumatına görə, 2023-2024-cü maliyyə ilində ümumi ticarət həcmi 137,4 milyard dollar təşkil edən Aİ Hindistanın ən böyük iqtisadi tərəfdaşıdır.

Daha əvvəl bildirilmişdi ki, Hindistan və Avropa İttifaqı arasında münasibətləri çətinləşdirən amillərdən biri Rusiyadan qeyri-sənaye almazlarının idxalını qadağan edən Aİ sanksiyaları ola bilər. Hindistan Xarici İşlər Nazirliyi artıq belə addımları Nyu Dehlini narahat edən problem adlandırıb.