Aİ ilk dəfə ruslara qarşı sanksiyaları ölümündən sonra qüvvədə saxlayacaqbackend

Aİ ilk dəfə ruslara qarşı sanksiyaları ölümündən sonra qüvvədə saxlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa sanksiyaları tarixində ilk dəfə olaraq, 12-ci paket çərçivəsində Aİ Şurası Rusiyanın xüsusi hərbi əməliyyatının maliyyələşdirilməsinin qarşısını almaq üçün ruslara qarşı məhdudiyyətlərin onlar öldüyü halda belə qüvvədə saxlanılmasına qərar verib.

NOCOMMENT.az xəbər verir ki, bu, Aİ Şurasının qətnaməsində yer alıb.

“Aİ Şurasının qərarı, Şuranın vəfat etmiş şəxsin adının aktivləri dondurulan, vəsaitlərin və iqtisadi resursların köçürülməsinə qadağa qoyulan fiziki və ya hüquqi şəxslərin, təşkilatların və qurumların siyahısında saxlana biləcəyi şərtləri müəyyən edir”.

Əgər Şura “müvafiq aktivlərin başqa cür istifadə oluna biləcəyini ehtimal edir” hesab edərsə, belə bir tədbir görülə bilər.