Aİ indiyədək Ukraynaya nə qədər yardım ayırıb?backend

indiyədək Ukraynaya nə qədər yardım ayırıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 10 həftə ərzində Avropa İttifaqı (Aİ) Ukraynaya ümumilikdə 4 milyard avro (4,23 milyard dollar) məbləğində yardım edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen məlumat verib.

O bildirib ki, Ukraynadakı münaqişə Aİ iqtisadiyyatı üçün sınaqdır: “Avropa üçün çox şey risk altındadır”.

Aprelin 20-də Avropa İttifaqı Şurasının sədri Şarlz Mişel təşkilatın Ukraynaya ümumilikdə 1,5 milyard avro hərbi yardım etdiyini açıqlayıb.

Bundan əvvəl “Bloomberg” agentliyi öz mənbələrinə istinadən yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprel ayında Ursula fon der Leyenə Ukraynanın aylıq 7 milyard dollar maliyyə yardımına ehtiyacı olduğunu bildirib.
Modern