Aİ inflyasiyanın ən yüksək olduğu ölkəni müəyyənləşdiribbackend

Aİ inflyasiyanın ən yüksək olduğu ölkəni müəyyənləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin mart ayında ən yüksək illik inflyasiya Rumıniyada qeydə alınıb və bu rəqəm 5,1 faiz təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Eurostat məlumat yayıb.

Yüksək inflyasiyaya malik digər iki Aİ üzvü Macarıstan (4,8 faiz) və Polşa (4,4 faiz) olub. Ən aşağı göstəricilər Fransa (0,9 faiz), Danimarka (1,4 faiz) və Lüksemburqda (1,5 faiz) qeydə alınıb.

Avrozonada illik inflyasiya yazın ilk ayında 2,2 faizə çatıb. Fevralda 2,3 faiz, bir il əvvəl isə 2,4 faiz idi. Avropa İttifaqında illik inflyasiya 2,5 faiz səviyyəsində təxmin edilirdi. Qışın sonunda bu, 2,7 faiz təşkil edib.