Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edəcəkbackend

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə başlayan kütləvi etirazlara Tehran administrasiyası sərt cavab verdikdən sonra Avropa İttifaqı sanksiyaları genişləndirib.

NOCOMMENT.az xəbər verir ki, beşinci sanksiya paketinin qəbul edilməsi ilə sanksiya siyahısında olan şəxslərin sayı 196-ya, təşkilatların sayı isə 33-ə yüksəlib.

Belə ki, Avropa İttifaqı ölkələri İranın irşad və mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili və təhsil naziri Yusif Nuri də daxil olmaqla 32 nəfər və 2 təşkilata sanksiya tətbiq edəcək.

Sanksiyalara siyahıda olanların aktivlərinin dondurulması, Aİ ölkələrinə səfərlərinin qadağan edilməsi, bu şəxslər və təşkilatların maliyyələşdirilməsinin qarşısının alınması daxildir.

NOCOMMENT.AZ