Avropa İttifaqı (Aİ) İranın Rusiyaya ballistik raketlər verməsini əsas gətirərək, İrana qarşı yeni sanksiyalar tətbiq edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə DPA agentliyi Aİ diplomatlarına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, diplomatlar bu barədə Aİ xarici işlər nazirlərinin Lüksemburqdakı müvafiq qərarından sonra məlumat veriblər.
DPA-nın qeyd etdiyi kimi, məhdudiyyətlər bu silahların istehsalı və təchizatı ilə məşğul olan şirkətlərə, qurumlara və şəxslərə təsir edəcək.