Aİ İrana qarşı yeni sanksiyaları qəbul etdibackend

Aİ İrana qarşı yeni sanksiyaları qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ölkələri 18 iranlı şəxs və 19 təşkilata sanksiya tətbiq edəcək.

NOCOMMENT.az xəbər verir ki, Avropa Şurasından verilən açıqlamaya görə sanksiyalar İranda Məhsa Əminin ölümündən sonra keçirilən nümayişlərə qarşı müdaxilədə rol oynadıqları üçün tətbiq edilir.

Sanksiyaya məruz qalacaq şəxslər arasında İranın gənclər və idman naziri Seyid Həmid Hazaveh Seccadi, bəzi müavinlər, bəzi əyalətlərin qubernatorları, dövlət mediasının əməkdaşları və İran İnqilab Keşikçiləri Ordusunun bəzi yüksək vəzifəli şəxsləri də var.

Siyahıya İran İnqilab Keşikçiləri Ordusunun ölkənin bəzi bölgələrindəki bölmələri, İran Xüsusi Polis Qüvvələri və təhlükəsizlik xidmətləri göstərən bəzi şirkətlər də daxildir.