Aİ İrana sanksiya tətbiq etdi – Rusiyaya görəbackend

Aİ İrana sanksiya tətbiq etdi – Rusiyaya görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) İranın Rusiyaya hərbi yardım göstərdiyi iddiasına ilə rəsmi Tehrana yeni sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

İranın ən böyük gəmi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktoru Aİ-nin qara siyahısına salınıb.

Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyanın üç gəmiçilik şirkətinə – “MG-Flot”, “VTS-Broker” və “Arapax”a qarşı sanksiyalar tətbiq edib.

Aİ Şurası qeyd edib ki, bu tədbirlər İranın pilotsuz uçuş aparatlarının, raketlərinin, müvafiq texnologiya və komponentlərinin ötürülməsi üçün gəmi və limanlardan istifadənin qarşısını almaq məqsədi daşıyır.