Aİ İranın İsrailə hücumunu pisləyirbackend

Aİ İranın İsrailə hücumunu pisləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib ki, Avropa İttifaqı İranın İsrailə hücumunu pisləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Aİ İranın İsrailə qarşı qəbuledilməz hücumunu qətiyyətlə pisləyir”, – bəyanatda deyilir.

Borrell hadisəni görünməmiş eskalasiya və regional təhlükəsizliyə ciddi təhdid adlandırıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) İranın İsrail istiqamətində atdığı 100-dən çox pilotsuz uçan aparatı aşkar etdiyi və izlədiyi bildirilir.

Bundan əvvəl İran İsrailə qarşı raket və pilotsuz təyyarələrin buraxılmasını rəsmən təsdiqləyib.