Aİ KXDR-in müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edibbackend

Aİ KXDR-in müdafiə nazirinə qarşı sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı yeni sanksiyalar paketi çərçivəsində Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nama qarşı şəxsi məhdudiyyətlər tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

“Siyahıya Şimali Koreya silahlarının Rusiya Federasiyasına tədarükü ilə məşğul olan on rus şirkəti və fiziki şəxs, ölkənin müdafiə naziri və Rusiya silahlı qüvvələrinə dəstək verən bir neçə Belarus şirkətləri və şəxsləri daxildir”, – Avropa Komissiyası qeyd edib.

Ümumilikdə, yeni sanksiyalar paketinə 194 fiziki və hüquqi şəxs daxildir. AK qeyd edib ki, bu dəfə anti-Rusiya sanksiyaları Rusiyanın pilotsuz uçuş aparatlarının komponentlərinə “çıxışını məhdudlaşdırmaq” məqsədi daşıyır.