Aİ liderlərindən Kiyevə DƏSTƏKbackend

Aİ liderlərindən Kiyevə DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) liderləri Avropa İttifaqı Sammitində iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevdə Ukraynaya dəstəklərinin davam edəcəyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının ali nümayəndəsi Cozep Borrel sammit üçün gəldikləri Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Sammitdən sonra təşkil edilən mətbuat konfransında danışan Leyen, Ukraynanın AB üzvlüyü üçün hələ dəqiq bir tarixin müəyyən edilmədiyini, lakin əldə ediləcək hədəflərin olduğunu bildirib.

Leyen hərbi texnikanın, xüsusilə pilotsuz təyyarələrin təmirinin qarşısını almaq üçün Rusiyaya yeni sanksiyalar paketinin hazırlanacağını vəd edib.