Aİ müşahidəçi missiyasının taleyini müzakirə edirbackend

müşahidəçi missiyasının taleyini müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sərhəddə vəziyyətin monitorinqi üzrə müşahidəçi missiyasının işini müsbət hesab edir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu adını açıqlamayan yüksək səviyyəli avropalı diplomat bildirib.

“Biz müşahidəçilərin iştirakının müsbət təsirini qeyd edirik. Onların mandatı dekabrın 19-da başa çatır. Biz gələcək imkanları müzakirə edirik”, – deyə mənbə bildirib.

Xatırladaq ki, sentyabrın 18-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, ölkə hakimiyyəti Azərbaycanla sərhədə müşahidəçilərin göndərilməsi üçün ATƏT-ə müraciət edib. Oktyabrın 17-də Lüksemburqda keçirilən görüşdə Aİ xarici işlər nazirləri Azərbaycanla sərhədə 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləmişdilər.

Müşahidəçilər rayona gələrək oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub. Missiyanın işi dekabrın 19-da başa çatır.