Aİ nağd ödənişləri məhdudlaşdırmağı planlaşdırırbackend

Aİ nağd ödənişləri məhdudlaşdırmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamentinin (AP) iqtisadi və maliyyə məsələləri və vətəndaş azadlıqları komitələri Avropa İttifaqının (Aİ) çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəsini gücləndirməyə yönəlmiş qanun layihələrini müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, Avropa Parlamentinin komitələri Avropa İttifaqı ölkələrində nağd ödənişlərin 7000 avro ilə məhdudlaşdırılmasını və 1000 avrodan yuxarı kriptovalyuta əməliyyatlarına ciddi nəzarət edilməsini tələb edib.

Komitələr AP-nin mövqeyini və bu sahədə sərt tədbirlərlə yeni qaydalar üzrə Aİ ölkələri ilə danışıqlarda mövqeyini müəyyən edən sənədləri qəbul edib.

Müvafiq olaraq, banklar, fondlar, kriptoaktivlər və daşınmaz əmlak və peşəkar futbol klubları kimi müxtəlif qurumlar aktivlərə və şirkətə kimin nəzarət etdiyini sübut etməli və müştərilərinin kimliyini təsdiqləməlidirlər.

Bu təşkilatlar fəaliyyət göstərdikləri sektorlardakı risk növlərini müəyyənləşdirəcək və onları mərkəzi sistemə ötürəcək.

NOCOMMENT.AZ