Aİ Navalnı cinayəti ilə bağlı beynəlxalq səviyyədə araşdırma tələb edibbackend

Aİ Navalnı cinayəti ilə bağlı beynəlxalq səviyyədə araşdırma tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa diplomatiyasının rəhbəri Cozep Borrel Aleksey Navalnının ölümü ilə bağlı beynəlxalq səviyyədə araşdırma aparmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Borrelin sözlərinə görə, Moskva siyasətçinin “qəfil ölüm şəraiti” ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya icazə verməlidir.

Müraciətdən sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Aİ diplomatiyasının rəhbəri Cozep Borrelin Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırmaya icazə vermək çağırışını qəbul etmir.