Avropa İttifaqı aprelin 9-da ABŞ-ın rüsumlarına cavab tədbirləri təsdiqləyəcək və onları hissə-hissə təqdim edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ticarət nazirlərinin Lüksemburqda keçirilən qeyri-rəsmi görüşündə Avropa ticarət komissarı Maroş Şefçoviç bildirib.
“Birinci paket aprelin 15-də, növbəti paketlər isə mayın 15-də həyata keçiriləcək”, – deyə o vurğulayıb.
Şefçoviç vurğuladı ki, Avropa Komissiyası (AK) “danışıqlar yolu ilə həlli hədəfləyir, lakin o, əbədi olaraq gözləmək niyyətində deyil”.