Aİ-nin G7 prioriteti Ukrayna, sanksiyalar və Çin olacaqbackend

Aİ-nin G7 prioriteti Ukrayna, sanksiyalar və Çin olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi bu həftə keçiriləcək G7 sammitində Ukraynaya maliyyə və hərbi dəstək, Rusiyaya qarşı yeni sanksiyalar və Çinlə iqtisadi əlaqələrdə izlənəcək rəftarı gündəmə gətirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Şarl Mişel Brüsseldə təşkil olunan mətbuat konfransında məlumat verib.

Ursula fon der Leyen G7 Sammitində Ukraynanın əsas gündəm maddələrindən biri olacağını, Ukraynaya sona qədər dəstək verilməsinin təsdiqlənəcəyini, hərbi dəstəyin sürətləndirilməsi ilə yanaşı, maliyyə dəstəyini də müzakirə edəcəklərini bildirib.

İslandiyada keçiriləcək Avropa Şurasının Zirvə Toplantısına toxunan fon der Leyen Rusiyanın ittiham olunma məsələsinin gündəmdə olacağını açıqlayıb.

Leyen Rusiyanın Ukraynaya gələcək təzminatlarının ilk addımını müəyyən etmək üçün Hollandiyanın Haaqa şəhərində “Zərər reyestri” mexanizminin yaradılmasını müzakirə edəcəklərini də qeyd edib.

O, “G7-də həm cari, həm də gələcək sanksiyaları qiymətləndirəcəyik” deyərək, AB Komissiyasının 11-ci sanksiya paketi təklifini üzv ölkələrə təqdim etdiyini açıqlayıb.

NOCOMMENT.AZ