Avropa Komissiyasının (AK) Rusiyaya qarşı irəli sürdüyü yeni sanksiyalara turizmlə bağlı məhdudiyyətlər daxildir.
NOCOMMENT.az bildirir ki, bu barədə AŞ-nin 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı təkliflərinə istinadən EUObserver məlumat yayıb.
“Rusiyada birbaşa turizmlə bağlı xidmətlərin göstərilməsi qadağan olunacaq”, – portal sənəddən sitat gətirir. Sözügedən xidmətlər konkret göstərilmir.
EUObserver onu da xatırladır ki, 2024-cü ildə Aİ ruslara 552 min Şengen turist vizası verib ki, bu da 2023-cü illə müqayisədə 10% çoxdur.
2014-cü ildə Aİ Krımda turizm xidmətlərinin göstərilməsinə qadağa qoyub.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya” qəzetinə müsahibəsində bildirmişdi ki, Aİ-nin 19-cu sanksiyalar paketi ilə bağlı təklifləri icmanın sanksiyalar siyasətinin potensialını tükəndiyini nümayiş etdirir.