Aİ-nin sərhəddəki missiyasından xəbər varbackend

Aİ-nin sərhəddəki missiyasından xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) monitorinq missiyası Ermənistan-Azərbaycan sərhədində kifayət qədər səmərəli işləyir.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə bildirib.

“Missiya fəaliyyətini davam etdirir, nümayəndələr vaxtaşırı olaraq Avropa İttifaqı üçün öz hesabatlarını hazırlayırlar”, – deyə o, hökumətin iclasından sonra bildirib.

Paruyr Ovannisyan Ermənistan XİN-də müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması barədə məlumat olmadığını sözlərinə əlavə edib.

Xatırladaq ki, oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər.

Müşahidəçilər Azərbaycanla sərhədə gələrək oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiya iki ay üçün nəzərdə tutulub.