Aİ-nin Ukraynaya qoşun göndərməsi ilə bağlı bəyanatın iqtisadi nəticələri nə ola bilər?backend

Aİ-nin Ukraynaya qoşun göndərməsi ilə bağlı bəyanatın iqtisadi nəticələri nə ola bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makronun Aİ qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatı Avropadan kapital axınının artmasına səbəb ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Brüsselin maliyyə dairələrindəki mənbə bildirib.

“Bu, Avropa iqtisadiyyatına uzunmüddətli investisiyalar üçün riskin artdığını göstərir”, – mənbə deyib.

Mənbənin sözlərinə görə, bu, Avropadan, ilk növbədə ABŞ-a kapital axınının daha da artmasına kömək edəcək.

Fevralın 26-da Makron Aİ ölkələrindən Ukraynaya qoşun göndərmə ehtimalını dilə gətirib. O bildirib ki, Parisdə keçirilən konfransda Aİ ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsi imkanları müzakirə olunub.

Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans öz əsgərlərini Ukraynadakı döyüş bölgəsinə göndərməyi planlaşdırmır.