Fevralın 24-də Avopa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq edəcəklər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Aİ nümayəndəsi bildirib.
Daha əvvəl yeni məhdudiyyətlər paketi çərçivəsində Rusiyanın ən azı 48 fiziki və 35 hüquqi şəxsinin sanksiyalar siyahısına daxil ediləcəyi bildirilmişdi.
Hüquqi şəxslərə qarşı sanksiyalara onların Aİ-dəki aktivlərinin dondurulması daxildir. Fiziki şəxslərin ittifaq dövlətlərinin ərazisinə girişinə qadağa qoyulacaq. Rusiyanın “kölgə donanması”na daxil olan 73 gəmiyə də sanksiyalar tətbiq ediləcək.
Bundan əlavə, Avropa İttifaqı Rusiyadan ilkin alüminium idxalını, Rusiyaya xrom və bir sıra kimyəvi maddələrin ixracını, Rusiyanın qaz və neft emalı zavodlarına texniki xidmət göstərilməsini, Rusiya hərbçiləri tərəfindən pilotsuz uçuş aparatlarının idarə edilməsi üçün istifadə olunan oyun konsollarının, joystiklərin və uçuş simulyatorlarının idarəedicilərinin üçüncü şəxslər vasitəsilə Rusiyaya satışını qadağan edəcək.