Aİ-yə üzv ölkələrin liderlərinin dekabrın 19-da keçiriləcək sammitinin əsas mövzularından biri ABŞ-ın Kiyevə yardımdan imtina edəcəyi təqdirdə Ukraynaya dəstək olacaq.
NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə Aİ-nin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Liderlər yeni ABŞ administrasiyasının Ukrayna ilə bağlı nə edəcəyini təxmin etmək istəyirlər. Aydındır ki, 27 ölkə formatında müzakirələrdən biri Ukraynanı müstəqil dəstəkləmək zərurəti yaranarsa, nələrin edilə biləcəyi ilə bağlı olacaq”, – Avropa rəsmisi izah edib.